“Qarabağ” xal qazandı, mövqeyini qorudu
17.10.2022 - 13:07
“Qarabağ” xal qazandı, mövqeyini qorudu

Avropanın top komandalarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycan reytinq cədvəlində üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.

Avropa Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri 212 xala malikdir. Ötən siyahı ilə müqayisədə aktivini bir xal zənginləşdirən Ağdam klubu Avropanın 77-cisi mövqeyini qoruyub.

Digər klublarımız cədvəlin ikinci yarısındadır. “Neftçi” 33 xalla qitədə 223-cü, “Qəbələ” 5 xala 391-cidir. 

Qeyd edək ki, siyahıya 2311 xala malik “Real” başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0