Messidən PSJ qərarı
29.09.2022 - 09:49
Messidən PSJ qərarı

Lionel Messi PSJ ilə müqaviləsini uzatmayacaq.

Apasport.az saytının məlumatına görə, anlaşması 2023-cü ilin yayında başa çatacaq argentinalı Fransa klubundakı karyerasını mövsümün sonunda bitirməyə qərar verib.

2021-ci ilin yayında keçdiyi kluba adaptasiya olduğunu və futboldan yenidən zövq almağa başladığını açıqlayan ulduzun “Barselona”ya qayıdışı gözlənilir. İspaniyalılar ona həm futbolçu kimi müqavilə təklif edir, həm də klubun strukturunda vəzifə söz verib. 

Qeyd edək ki, Messi cari mövsüm Liqa1-də keçirdiyi 8 oyunda 4 qol və 7 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0