Musa Ağayevdən bürünc medal
20.09.2024 - 01:27
Qazaxıstanın Atırau şəhərində güləş üzrə "Oil Capital Cup" turniri keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan sərbəst güləşçisi bürünc medal qazanıb.
65 kq çəki dərəcəsində Musa Ağayev 1/4 finalda gürcüstanlı Luka Janeraşviliyə qalib gəlib. Lakin o, yarımfinalda qazaxıstanlı Mayis Aliyevə uduzub.
Bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bek Jaksilikovu məğlub edən həmyerlimiz 3-cü pilləyə sahib çıxıb.
- Güləşçilərimiz Dünya Seriyasının ilk mərhələsini 4 medalla başa vurub
- Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib - FOTO
- 28 güləşçimiz Avropa çempionatında iştirak edəcək
- Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
0
0