Ronaldodan seçim
27.10.2023 - 12:43
Ronaldodan seçim

Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Qızıl top”un sahibi ilə bağlı seçim edib.

Apasport.az xəbər verir ki, “Yekədiş” ləqəbli futbol veteranı 2022/2023 mövsümündə "Qızıl top"un kimə verilməli olduğunu müəyyənləşdirib.

O bildirib ki, mükafata yalnız bir futbolçu namizəddir: “Qızıl top” şübhəsiz ki, Lionel Messiyə verilməlidir. Başqa yol yoxdur. Onun 2022-ci il dünya çempionatında etdikləri xüsusi idi. Bu mənə Dieqo Maradona və Pelenin dünya çempionatındakı çıxışlarını xatırlatdı”.

Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi oktyabrın 30-da baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0