Bu gün Türkiyə kubokunun final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, İstanbuldakı Atatürk Olimpiya Stadionunda “Kayserispor”la “Sivasspor” üz-üzə gələcək.
Türkiyəli futbol eksperti Tansu Gürsel Bakı vaxtı ilə saat 21:45-də start götürəcək qarşılaşma ilə bağlı öz proqnozunu açıqlayıb:
“Kayserispor” finala gedən yolda “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”a qalib gələrək önəmli uğura imza atıb. Super Liqada istədiyi performansı göstərə bilməyən “sarı-qırmızılılar” ölkə kubokunda güclü rəqiblərini mübarizədən kənarlaşdırdı. Ancaq mövsümboyu matçlarda komandanın müdafiə xətti boşluqlar verdi və orta sahəsi də geriyə lazımi köməyi göstərmədi.
“Sivasspor” rəqibi ilə müqayisədə nisbətən asan yolla finala irəlilədi. Məhz məğlub edilən komandaların adları “Kayserispor”u daha motivasiyalı və özünəinamlı kollektivə çevirir. Buna baxmayaraq, sivaslılar daha yaxşı təşkilatlanan və finala layiq komanda təəssüratı yaradır. Bu mənada “Sivasspor”u bir addım öndə görürəm.
Proqnozum: “Sivasspor”un qələbəsi