DÇ-2022-yə PROQNOZ: “Onlar titula namizəddir”
02.06.2022 - 12:50
DÇ-2022-yə PROQNOZ: “Onlar titula namizəddir”

Argentina Qətərdə keçiriləcək DÇ-2022-nin favortlərindən biri olacaq.

Apasport.az saytının məlumatına görə, bunu əksər mütəxəssislər də təsdiqləyib.

Belələrindən biri də Rusiya yığmasının sabiq futbolçusu Pavel Poqrebnyakdır. Finalissimanın İtaliya ilə görüşünə şərh verən mütəxəssis 3:0 hesablı qələbə qazanan cənubi amerikalıların mundialda zəfərə namizəd adlandırıb:

“Axı İtaliya hansısa Albaniya deyil, Argentina ilə oynayırdı. Hücum xəttini gördünüz! Belə güclü hücum xəttinə qarşı dünyanın istənilən komandası uduza bilər. Argentinanın ustalığı daha yüksəkdir.

Onların çox yaxşı kollektivi formalaşıb. Biz bunu final fitindən sonra hamının qələbəni birlikdə bayram etməsində də gördük. Lionel Messinin Anxel Di Mariya və Lautaro Martineslə çox yaxşı münasibətləri var. Bu da komandadakı atmosfer üçün çox vacibdir. Əlbəttə, onlar bu il dünya çempionu titulunu qazanmağa namizəddir”.
 

writer photo
Əlirza Əlirzalı
0