“Mançester Yunayted” Keyndən əl çəkmir
24.07.2023 - 22:07
“Mançester Yunayted” Keyndən əl çəkmir

“Mançester Yunayted” yenidən Harri Keynə elçi düşüb.

Apasport.az saytının məlumatına görə, buna London klubunun hücumçu ilə bağlı mövqeyini dəyişməsi səbəb olub.

“Tottenhem” müqaviləni uzatmayacağı halda Keyni satmağa qərar verib. Bu, mançesterliləri transferi reallaşdırmağa sövq edib. Baxmayaraq ki, “qırmızı şeytanlar” qiymətinin yüksək olması üzündən forvarddan əlini üzmüşdü. Keçidə Keynin maaş tələbi mane ola bilər. Onun illik 30 milyon funt sterlinq istəyəcəyi gözlənilir.

Qeyd edək ki, “Tottenhem” hücumçu üçün 100 milyon tələb edir.

writer photo
Əlirza Əlirzalı
0