Baş məşqçi axtarışlarını davam etdirən " Beşiktaş" Mirça Luçesku ilə maraqlanır.
Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş koordinatoru Samet Aybaba Luçesku ilə görüşmək üçün Buxarestdədir.
Transferin baş tutması mümkün görünsə də, tərəflər müqavilənin başlama vaxtında razılaşa bilmir. Rumıniyalı çalışdırıcı mövsümün ortasında komandanın başına keçməkdə tərəddüd edir və yaya qədər gözləmək istəyir. "Beşiktaş" isə Luçeskunun komandaya indi başçılıq etməsini tələb edir.
Qeyd edək ki, 78 yaşlı mütəxəssis 2002-2004-cü illərdə "Beşiktaş"ı çalışdırıb və klubun 100 illik yubileyində çempionluq qazanıb.