Ronaldonun keçidindən 30 milyon avroluq qazanc
03.01.2023 - 15:40
Ronaldonun keçidindən 30 milyon avroluq qazanc

Kriştiano Ronaldonun menecerinin futbolçunun “Əl-Nəsr”ə keçidindən nə qədər qazandığı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı portuqaliyalının Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalaması Rikardo Requfeni zənginləşdirib.

Bu keçiddən Ronaldonun agenti Jorje Mendeş deyil, məhz meneceri vasitəçi olub. Həm də Kriştianonun dostu olan Requfe bu anlaşmadan 30 milyon avro qazanıb.

Qeyd edək ki, bu gün Asiya ölkəsinə yollanan Ronaldo axşam saatlarında ictimaiyyətə təqdim olunacaq.

writer photo
Əlirza Əlirzalı
0