"Çelsi"in arzuladığı trio
31.07.2023 - 19:36
"Çelsi"in arzuladığı trio

"Çelsi" transfer pəncərəsi bağlanana qədər heyəti gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, “zadəganlar”da əsas məqsəd hücum xəttinə yeni oyunçuların dəvət olunmasıdır.

London klubunda məşqçilər korpusunun istədiyi forvardlar isə Məhəmməd Kudus (“Ayaks”), Rayan Şerka (“Lion”) və Maykl Olisedir (“Kristal Pelas”). Adıçəkilən futbolçulardan ən az ikisini almağı hədəfləyən London klubunda rəhbərlik danışıqları davam etdirir. 

Qeyd edək ki, son mövsümdə topladığı 44 xalla Premyer Liqanı 12-ci sırada tamamlayan komanda 38 matçda 38 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0