“Montsa”nın İkardi planı
04.08.2022 - 15:13
“Montsa”nın İkardi planı

PSJ-nin futbolçusu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu “Montsa”nın maraq dairəsindədir.

Silvio Berluskoninin sahibi olduğu klub təcrübəli forvarda ehtiyac duyur. PSJ-nin yeni baş məşqçisi Kristof Qaltyenin planlarına daxil olmayan İkardi də komandadan getmək variantı axtarır. A seriyası təmsilçisi onu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, İkardinin parislilərlə müqaviləsi 2024-cü ildə başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0