“Atletiko” “Bavariya”nın müdafiəçisini ələ keçirir
31.10.2022 - 22:15
“Atletiko” “Bavariya”nın müdafiəçisini ələ keçirir

“Bavariya”nın futbolçusu Bencamin Pavar karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçinin xidmətində “Atletiko” maraqlıdır.

Madrid klubu 26 yaşlı futbolçunun Münhen təmsilçisi ilə münasibətlərindəki gərginlikdən yararlanmaq fikrindədir. Məşqçilər korpusu və rəhbərliklə münasibətlərdə problemləri olan Pavarın bu üzdən Almaniya nəhəngindən ayrılacağı gözlənilir.

Qeyd edək ki, Pavar cari mövsümün 17 matçında 3 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0