UEFA-dan Belçika – İsveç oyunu ilə bağlı qərar
19.10.2023 - 17:01
UEFA-dan Belçika – İsveç oyunu ilə bağlı qərar

AVRO-2024-ün seçmə mərhələsinin yarımçıq qalan Belçika – İsveç matçının taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunu UEFA açıqlayıb.

Azərbaycan millisinin yer aldığı F qrupunun görüşü davam etdirilməyəcək. Hesab 1:1 olduğu vaxt dayandırılan qarşılaşmanın nəticəsi yekun kimi təsdiqlənib.

Qeyd edək ki, Brüsseldəki görüş iki azarkeşin ölümü ilə nəticələnən terror aktı üzündən dayandırılıb.
 

writer photo
Əlirza Əlirzalı
0