Superliqanın 30-cu turunda keçirilən "Trabzonspor " - "Fənərbaxça" matçı üçün Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Şurasının (PFDK) qərarları açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytında məlumat paylaşılıb.
Qərara əsasən, "Sarı-lacivərdli" komandanın 3 futbolçusuna qarşı intizam işi açılıb. Onlar Brayt Osayi Samuel, Ceyden Ostervolde və İrfan Can Eğribayatdır.
Bundan əlavə, "Trabzonspor"un köməkçi məşqçisi Egemen Qorxmaz, "Fənərbaxça"dan Kürşat Çiftlik və Okan Özkan davada iştirak etdikləri üçün PFDK-ya göndəriliblər.
Qeyd edək ki, qarşılaşmadan sonra "Fənərbaxça" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər.