Donetsk “Şaxtyor”u daha bir futbolçusunu Avropa klublarına satmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, gənc hücumçu Mixaylo Mudriklə bağlı ukraynalılara nəhəng klublardan təkliflər gəlib.
21 yaşlı ön xətt oyunçusunu çox saxlaya bilməyəcəyini başa düşən “Şaxtyor” rəhbərliyi onun transferinə razılıq verib. Klub Ukrayna millisinin üzvünün satışından 30 milyon funt-sterlinq gəlir götürməyi planlaşdırır. Məhz həmin məbləği verməyə hazır olan klub Mudriki heyətinə qata biləcək.
Qeyd edək ki, “Şaxtyor”un yetirməsi olan Mixaylo Mudrikin klubla müqaviləsi 2026-cı ilə qədərdir.