Cüdo məşqçilərimiz Yaponiyada peşəkar məşqçilik kursu proqramında iştirak edib.
Apasport.az xəbər verir ki, kurs 25 iyun - 3 iyul tarixləri arasında Tokiodakı Kodokan İnstitutunda baş tutub.
Kursda Kodokan İnstitutunun müəllimləri tərəfindən məşqçilərə müxtəlif kata və kodokan texnikaları öyrədilib. Onlar institutda keçirilən təlim və məşğələləri müşahidə etmək və iştirak etmək imkanı əldə ediblər.
Azərbaycan Cüdo Federasiyasının təhsil üzrə meneceri Orxan Oruczadə Kodokan İnstitutunun rəhbər heyəti ilə gələcək təhsil fəaliyyəti və qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün görüşlər keçirib.
Qeyd edək ki, peşəkar məşqçilik kursu proqramında ümumilikdə 6 məşqçimiz iştirak edib.