Anri Fransa yığmasının baş məşqçisi ola bilər
16.03.2023 - 15:12
Anri Fransa yığmasının baş məşqçisi ola bilər

Əfsanəvi fransalı futbolçu Tyerri Anri milli komandanın baş məşqçisi ola bilər.

Apasport.az saytı xəbər verir ki, Fransa Futbol Federasiyası 45 yaşlı veteran hücumçunun ölkənin qadınlardan ibarət yığmasına rəhbərlik etməsini istəyir.

Artıq Anri ilə ilkin danışıqların aparıldığı da bildirilir. Lakin hələlik yekun qərar verilməyib. 

Qeyd edək ki, 2017-ci ildən komandaya rəhbərlik etmiş Korin Dikon baş məşqçi vəzifəsindən azad edilib. Anrinin son iş yeri isə DÇ-2022 zamanı Roberto Martinesin köməkçisi olduğu Belçika millisi olub.

writer photo
Əlirza Əlirzalı
0