Taciskistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatı sona çatıb.
Apasport.az xəbər verir ki, bu gün komanda yarışlarına yekun vurulub.
Təmsilçilərimiz mübarizəyə 1/8 finaldan qoşulublar. Yığmamız meydan sahibləri ilə qarşılaşmada 4:2 hesablı qələbə qazanıblar. 1/4 finalda komandamızın işi çətin olmayıb. Millimiz Türkmənistanı 4:0 hesabı ilə məğlub ediblər.
Cüdoçularımız eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Fransa ilə gərgin mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə isə cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan komandamız dünya çempionatını medalsız başa vurub.
Qeyd edək ki, yığmamız şəxsi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc medal qazanıb.