Ərəblərdən Zidana 120 milyonluq təklif
17.04.2023 - 19:39
Ərəblərdən Zidana 120 milyonluq təklif

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ın baş məşqçisi postuna əsas namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, Rudi Qarsiyanı istefasından sonra çalışdırıcı axtarışına çıxan Səudiyyə Ərəbistanı klubu Zinəddin Zidanın gətirilməsində maraqlıdır.

Fransalı mütəxəssisə 2 ilik müqavilə təklif olunması planlaşdırılıb. Zidan bu təklif qəbul etsə, 120 milyon avro qazanacaq. Mütəxəssisin nümayəndələri bu varianta münasibət bildirməyib.

Qeyd edək ki, “Əl-Nəsr” Zidan variantından əvvəl Joze Mourinyo ilə müqavilə bağlamaq fikrində idi.

writer photo
Əlirza Əlirzalı
0