“Zirə” mövqeyini qorudu - FOTO
15.02.2023 - 16:18
“Zirə” mövqeyini qorudu - FOTO

Minifutbol üzrə ölkə çempionatında XI tur başa çatıb. 

Apasport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasında ötən ilin çempionu “Birbaşa Bakı” və hazırda turnir cədvəlinin lideri olan “Zirə” üz-üzə gəlib.

Bu görüşdə qalib müəyyənləşməyib – 2:2. “Zirə”dən Pərviz Qaraxanov və Seymur Məmmədov fərqlənib. “Birbaşa Bakı”dan isə qolları İlkin Qəribli ilə Elvin Əlizadə vurub. 

“İdman TV” ilə canlı yayımlanan digər görüşdə isə “Odlar Yurdu” komandası “Bakı” kollektivinə 2:1 hesabıyla qalib gəlib. Turun digər oyunlarında “Zəngəzur”, “Veteran”, “Qalaksi Şuşa”, “Xəzər”, “Real” Bakı komandaları rəqiblərinə qalib gəliblər. “Aznur” - “AS Kəpəz” matçında isə heç-heçə qeydə alınıb - 3:3. Bu nəticələrdən sonra “Zirə” liderliyini qoruyub.

Qeyd edək ki, XII turun oyunları fevralın 18-21 də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0