Lokatelli “topçular”ın transfer siyahısında
19.09.2022 - 17:01
Lokatelli “topçular”ın transfer siyahısında

“Yuventus”un futbolçusu Manuel Lokatelli karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Arsenal”ın transfer siyahısındadır.

London klubu əvvəllər də heyətinə qatmaq istədiyi futbolçunu yayda transfer etmək istəyir. 24 yaşlı oyunçu ötən yay “Sassuolo”dan “Yuventus”a keçib.

Qeyd edək ki, Lokatelli cari mövsümdə 6 matça çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0