“Çelsi” MLS-dən qapıçı alır
22.08.2023 - 12:15
“Çelsi” MLS-dən qapıçı alır

“Çelsi” heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Corce Petroviçin transferini razılaşdırıb.

Serbiya millisinin qapıçısı “Nyu-İnqlend Revolyuşn”ın formasını geyinir. MLS klubu onun keçidindən 17,5+2,2 milyon dollar qazanacaq.

Qolkiper sabah tibbi müayinədən keçəcək. Onunla 7+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Corce cari mövsümün 22 matçında 27 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0