"Arsenal”ı müqaviləyə məcbur edən addım
16.09.2023 - 18:00
"Arsenal”ı müqaviləyə məcbur edən addım

"Arsenal" Ben Uaytı heyətində saxlamaq niyyətindədir. 

Apasport.az saytı xəbər verir ki, “topçular” 25 yaşlı müdafiəçinin müqaviləsinin uzadılması üçün danışıqlara başlayıblar.

İngiltərə millisinin də şərəfini qoruyan arxa xətt oyunçusu 2026-ci ilin yayına kimi London klubuna məxsus olsa da, komanda rəhbərliyi razılaşmanı yeniləmək istəyir. Onların futbolçuya gələn təkliflərdən çəkindikləri üçün belə bir addım atdıqları bildirilir.

Qeyd edək ki, Uayt bu mövsüm 5 matçda iştirak edib.
 

writer photo
Əlirza Əlirzalı
0