De Rossi yeni ampluada
11.10.2022 - 11:03
De Rossi yeni ampluada

İtaliya millisinin və “Roma”nın sabiq futbolçusu Daniele de Rossinin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı veteran “Spal”ın baş məşqçisi olacaq.

O, B seriyası təmsilçisi ilə ilyarımlıq müqavilə imzalayacaq. De Rossi özü üçün yeni ampluada debüt edəcək. Bunadək köməkçi məşqçi kimi çalışan mütəxəssis İtaliya yığmasında Roberto Mançininin korpusunda yer alıb.

Qeyd edək ki, “Spal” 8 turdan sonra 14-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0