Fatih Terim İtaliyaya qayıdır
25.09.2023 - 23:20
Fatih Terim yenidən aktiv futbola qayıdır.
Apasport.az saytı xəbər verir ki, “imperator” ləqəbli məşqçinin İtaliyada işləyəcəyi iddia olunur.
70 yaşlı mütəxəssisin keçmiş komandası “Fiorentina”ya rəhbərlik etmək şansı var. 2022-ci ilin yanvar ayında “Qalatasaray”dan ayrıldıqdan bəri komanda idarə etməyən “mister” sabiq klubunun təklifinə müsbət yanaşıb. Terimin agentinin qarşı tərəflə danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, Fatih Terim 2000-2001-ci illərdə “Fiorentina” komandasının sükanı arxasında olub.
0
0