“Milan” qapıçı tapdı
24.05.2023 - 12:06
“Milan” qapıçı tapdı

“Milan” yayda heyətinə yeni qapıçı qatacaq.

Apasport.az saytının məlumatına görə, “rossonyeri” Marko Sportyello ilə müqavilə imzalayacaq.

“Atalanta”nın 31 yaşlı qapıçısı yeni klubuna azad agent kimi keçəcək. Beqamo təmsilçisi ilə anlaşması bu yay bitəcək qolkiperin keçidi iyunda rəsmiləşəcək. Sportyello “Milan”da Mayk Menyanın əvəzləyicisi olacaq.

Qeyd edək ki, qolkiper mövsümün 13 matçında 16 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0