Almaniya millisinin və "Bayern"in futbolçusu Tomas Müller yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu bununla da milli dəftərini bağlayıb.
Qeyd edək ki, Tomas Müller ilk dəfə iştirak etdiyi 2010-cu il dünya çempionatında qızıl medal, 2014-cü il mundialında bürünc medal qazanıb. O, 2018 və 2022-ci il mundiallarında Almaniya millisi ilə qrupdan çıxmağı bacarmayıb. Bu müddət ərzində Müller dünya çempionatlarında 10 qol vurub. DÇ-2010-da 5 qol qurmuş Müller həmin mundialın ən yaxşı gənc oyunçusu da seçilib. Ümumilikdə o, Almaniya millisində 121 oyuna 44 qol vurub.