"Barselona" Krkiçə vəzifə verdi
06.09.2023 - 16:35
"Barselona" Krkiçə vəzifə verdi

"Barselona" keçmiş futbolçusu Bojan Krkiçə klubda vəzifə verib. 

Apasport.az saytı xəbər verir ki, gələn həftə komandanın digər əfsanəsi Dekonun başçılıq etdiyi yeni departamentin təşkilati strukturu təqdim olunacaq.

33 yaşlı ispaniyalı veteran forvard məhz bu şöbədə yer alacaq. Onun vəzifəsi digər klublarda icarə əsasında oynayan futbolçulara və böyüklər komandasına keçən akademiya gənclərinə nəzarət olacaq. 

Qeyd edək ki, mart ayında karyerasını bitirən Krkiç kataloniya klubunun yetirməsidir. O, 2007/11-ci illərdə əsas komandanın heyətində çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0