“Mançester Yunayted”də ciddi itki
31.01.2023 - 18:36
“Mançester Yunayted”də ciddi itki

“Mançester Yunayted” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Kristian Eriksen üç ay müddətinə sıradan çıxıb.

Zədələnən danimarkalı aprelin sonu və ya mayın əvvəlində meydana çıxa biləcək. O, “Redinq”lə kubokun 1/16 final matçında (3:1) zədələnib.

Qeyd edək ki, Kristian cari mövsümdə 31 oyunda 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0