İngiltərə Premyer Liqası tarixinin bombardirləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu həftə ərzində baş tutan oyunların ardından 3-cü pillədə dəyişiklik baş verib.
Son oyunlarda 3 dəfə fərqlənən “Tottenhem”in hücumçusu Harri Keyn ümumi qollarının sayını 188-ə çatdırıb və “Mançester Yunayted”in sabiq forvardı Endi Koulu geridə qoyub.
İngiltərə millisinin üzvü hazırda yalnız iki nəfərdən geri qalır. Bunlar yığmanın sabiq qolçuları Alan Şirerlə Ueyn Runidir. Şirer 260 qolla siyahıya başçılıq edirsə, Runi aktivinə 208 top yazdırıb.
İlk “beşliy”i “Mançester Siti”nin heyətində 184 qol vurmuş Serxio Aquero qapayır.
1. Alan Şirer (1992–2006) - 260 qol
2. Ueyn Runi (2002–2018) - 208
3. Harri Keyn (2012–) - 188
4. Endi Koul (1992–2008) - 187
5. Serxio Aquero (2011–2021) - 184
6. Frenk Lempard (1995–2015) - 177
7. Tyerri Anri (1999–2007, 2012) - 2012 - 175
8. Robbi Fouler (1993–2007, 2008) - 163
9. Cermeyn Defo (2001–2003, 2004–2014, 2015–2019) - 162
10. Maykl Ouen (1996–2004, 2005–2013) - 150