“Bavariya”da yeni müqavilə
23.05.2022 - 13:17
“Bavariya”da yeni müqavilə

“Bavariya” qapıçısı Manuel Noyerlə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubu açıqlayıb.

Yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 36 yaşlı əlcək sahibi 2011-ci ildən “Bavariya”da çıxış edir. O, 2017-ci ildən Münhen təmsilçisinin kapitanıdır.

Qeyd edək ki, Noyer başa çatan mövsümün 38 oyununda 36 top buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0