“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu gün Çexiyada “Viktoriya”nın qonağı olacaq.
Apasport.az saytının məlumatına görə, türkiyəli futbol eksperti Tansul Gürsel Plzendə keçiriləcək cavab görüşü ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssisin fikrincə, hər iki komanda bu dəfə fərqlənməyi bacaracaq:
“Qarabağ” ilk oyunu aşkar üstün keçirdi, həm topa sahib çıxdı, həm də qol vəziyyətləri yaratdı. Lakin tablodakı sıfırları dəyişmək mümkün olmadı. Azərbaycan klubu indi səfərdə şans axtaracaq. Matçın qalibi Çempionlar Liqasının qrupuna adlayacaq ki, bunun məsuliyyəti çox böyükdür.
“Viktoriya” əvvəlki hər iki mərhələdə öz meydanındakı görüşdə qələbə qazanıb. Ancaq “Qarabağ” önündə işləri asan olmayacaq. Azərbaycanlılar buna qədər “Sürix”lə səfərdə heç-heçə edib, “Ferensvaroş” üzərində inamlı qələbə qazanıb. Müqayisə aparsaq, “Sürix” və “Ferensvaroş” elə “Viktoriya”ya eyni səviyyəli komandalardır.
“Qarabağ”dan bu matçda qol gözləyirəm. “Viktoriya”nın da meydan sahibi olmaq üstünlüyü var.
Proqnozum: Q/Q