İbrahima Vadjidən transfer açıqlaması
30.08.2022 - 11:42
İbrahima Vadjidən transfer açıqlaması

“Fransaya gəldiyim, və xüsusilə “Sent-Etyenn” kimi kluba qoşulduğum üçün çox xoşbəxtəm”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”dan “Sent-Etyenn”ə transfer olunan İbrahima Vadjiyə məxsusdur.

Fransanın Liqa2 təmsilçisi ilə müqavilə imzalayan seneqallı forvard yeni komandasında iddialı olmaq istədiyini bildirib: “Kollektiv şəkildə hədəflərimizə çatmaq üçün hər şeyi edəcəyəm. Artıq özümü yaxşı hiss edirəm, “Sent-Etyenn” forması geyinməyə hazıram”.

Qeyd edək ki, İbrahima Vadji “Sent-Etyenn”lə 3 illik sözləşmə bağlayıb.

writer photo
Əlirza Əlirzalı
0