Eriksson vəfat edib
26.08.2024 - 15:44
Eriksson vəfat edib

İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında dünyasını dəyişib.

Bu ilin əvvəlində onun xərçəng xəstəliyinə tutulduğu açıqlamışdı.

Qeyd edək ki, daha əvvəl “Benfika”, “Roma”, “Fiorentina”, “Latsio”, “Mançester Siti” kimi Avropanın önəmli komandalarında çalışmış isveçli çalışdırıcı İngiltərə, Meksika, Kot d-İvuar və Filippin milli komandalarını da çalışdırıb.

 

writer photo
Əlirza Əlirzalı
0