“Çelsi”nin baş məşqçisi Qrem Potter yarımmüdafiəçi Nqolo Kante ilə müqavilənin uzadılması ilə bağlı suallara aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, çalışdırıcı bu barədə düşünmədiklərini etiraf edib.
Potter bildirib ki, hazırda Fransa millisinin üzvünün zədəsini sağaltması barədə fikirləşdiyini söyləyib: “Bizim üçün ən vacibi onun zədəsini sağaldaraq heyətə qayıtmasıdır. Onun hələ çox yolu var, buna görə də düzgün müalicə alacağına əmin olmalıyıq. İndi yeni müqaviləni fikirləşmirik. Kante futbol oynamaqdan həzz aldığı zaman bu məsələyə baxa bilərik”.
Qeyd edək ki, Nqolo Kantenin “Çelsi” ilə sözləşməsi mövsümün sonuna qədərdir.