"Barselona"nın sabiq hücumçusu karyerasını bitirdi
22.03.2023 - 22:15
"Barselona"nın sabiq hücumçusu karyerasını bitirdi

"Barselona"nın sabiq futbolçusu Boyan Krkiç karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu futbolla vidalaşmaq qərarına gəlib.

Sabah "Barselona"nın ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunda Krkiç üçün mətbuat konfransı təşkil olunacaq. 

Qeyd edək ki, atası serb, anası ispan olan Boyan Krkiç "Barselona"nın yetirməsidir. O, 2007-2011, 2013-2014-cü illərdə bu klubun əsas komandasında forma geyinib. Boyan Kataloniya təmsilçisinin heyətində çıxdığı 163 matçda 41 qol vurub və 19 qolun ötürməsini verib. Krkiç karyerası ərzində "Roma", "Milan", "Ayaks", "Stok Siti", "Maynts", "Alaves" ve "Monreal" kimi komandalarda da çıxış edib. Onun son klubu Yaponiyanın "Vissel Kobe" komandası olub.

writer photo
Əlirza Əlirzalı
0