“Napoli” futbolçusunu 25 milyona satır
20.12.2023 - 16:31
“Napoli” futbolçusunu 25 milyona satır

“Napoli”nin futbolçusu Elif Elmaz qışda klubunu dəyişəcək.

Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

O, “Leypsiq”ə keçəcək. Futbolçunun transferi 25 milyon avroya gerçəkləşəcək. Elifin özü Leypsiqin eyniadlı təmsilçisi ilə müqaviləsinin detallarını razılaşdırıb.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümün 16 matçında 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0