İlin ən yaxşı futbolçusu açıqlandı
22.07.2022 - 11:33
İlin ən yaxşı futbolçusu açıqlandı

Los-Ancelesdə 30-cu ESPY İdman Mükafatları mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, ilin ən yaxşıları mükafatlandırılıb.

Ən yaxşı kişi futbolçusu PSJ-nin hücumçusu Kilian Mbappe seçilibsə, ən yaxşı qadın mükafatına “Çelsi”nin forvardı Sem Kerr layiq görülüb. Qaliblər azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşdirilib.

Qeyd edək ki, ESPY Mükafatı ESPN tərəfindən son təqvim ilində ən yaxşı çıxış edən oyunçulara verilir.

writer photo
Əlirza Əlirzalı
0