“Neftçi” daha bir futbolçu ilə yollarını ayırdı
25.06.2024 - 13:02
“Neftçi” daha bir futbolçu ilə yollarını ayırdı

“Neftçi” rusiyalı futbolçusu Reziuan Mirzovla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub sosial şəbəkədəki paylaşımında futbolçuya təşəkkür edib:

"Təcrübəli yarımmüdafiəçiyə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!"

Qeyd edək ki, 2023-cü ilin sentyabrında transfer olunmuş Mirzov “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib, 1 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0