“Səbail” kapitanı ilə yolları ayırdı
04.06.2024 - 23:11
“Səbail” kapitanı ilə yolları ayırdı

“Səbail” kapitan Ağabala Ramazanovla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, tərəflər arasında başa çatan müqavilənin müddəti artırılmayıb.

Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib. O, ümumilikdə komandanın heyətində 80 oyuna çıxıb. Ağabala bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0