Neymar: “Real”ın təklifini rədd etdim”
18.10.2022 - 15:23
Neymar: “Real”ın təklifini rədd etdim”

“Transfer danışıqlarında mən olmuram, ancaq atam iştirak edir. Mən onun dediklərini imzalayıram”.

Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin hücumçusu Neymar deyib.

Braziliya millisinin lideri 2013-cü ildə “Santos”dan “Barselona”ya transfer olunduğu dönəmi xatırlayıb. 30 yaşlı forvard həmin vaxt “Real”dan da təklif aldığını etiraf edib: “2013-cü ildə başqa variantların olduğunu bilirdim, amma arzum “Barselona”ya getmək idi. “Santos”u da buna görə tərk etdim. Uşaqlıqdan “Barselona”da oynamaq istəyirdim. Həmin vaxt son anda seçim “Real” və “Barselona” arasında idi. Ürəyim məni “Barsa”ya getməyə səslədi, bu üzdən “Real”ı rədd etdim”.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın formasını geyindikdən sonra PSJ-yə keçib.

writer photo
Əlirza Əlirzalı
0