Uğursuzluq Santuşa bağışlanılmadı
13.09.2023 - 21:42
Uğursuzluq Santuşa bağışlanılmadı

Polşa Futbol Federasiya yığmanın baş məşqçisini istefaya göndərib.

Apasport.az-ın məlumatına görə, uğursuz nəticələr Fernando Santuşa bağışlanılmayıb.

Bir gün öncə federasiya portuqaliyalı mütəxəssisin vəzifəsində qalacağını açıqlasa da, futbol ictimaiyyətinin təzyiqinə tab gətirməyib. Bu il yanvar ayından Polşa komandasına başçılıq edən Santuş istefasına münasibət bildirib: “Əməkdaşlığa son qoymağımıza baxmayaraq, bu imkanı mənə yaratdıqlarına görə təşəkkür edirəm. Polşa və onun xalqına uğurlar arzulayıram”.

Qeyd edək ki, Polşa yığması seçmə mərhələsində keçirdiyi 5 oyundan üçündə uduzub. Komandanın final mərhələsinə yüksəlmək şansı çox cüzidir.
 

writer photo
Əlirza Əlirzalı
0