“Santos”un uğursuz çıxışı azarkeşlərin qəzəbinə səbəb olub.
Apasport.az xəbər verir ki, Braziliya A seriyasının son turunda öz meydanında “Fortaleza”ya 1:2 məğlub olan komanda aşağı diviziona yuvarlanıb.
Komandanın yüksək divizionu tərk etməsi ilə barışmayan azarkeşlər iğtişaşlar törədiblər. Xüsusilə stadionun ətrafında baş verən qarşıdurmalarda fanatlar avtomobilləri və avtobusları yandırıblar. Polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, 111 illik tarixə malik olan “Santos” ilk dəfə ölkə çempionatının aşağı divizionuna yuvarlanıb. Komanda “San-Paulu” və “Korintians”la birlikdə daim yüksək divizionda yer alan 3 klubdan biri idi.