Xavi üçün təhlükə
28.11.2023 - 11:16
Xavi üçün təhlükə

"Barselona" baş məşqçisi Xavi ilə yollarını ayıra bilər.

Apasport.az xəbər verir ki, Çempionlar Liqasının "Porto" ilə matçında yaxşı nəticə əldə olunmasa, İspaniya klubu baş məşqçisini istefaya göndərməyi nəzərdən keçirəcək.

Qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Barselona” – “Porto” matçında məğlubiyyət və ya heç-heçə Xavi üçün postunda sonuncu ola bilər. Qarşılaşma bu gün keçiriləcək.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis "Barselona"nı 2021/22 mövsümündən çalışdırdığı komandanı 108 matça çıxarıb.

writer photo
Əlirza Əlirzalı
0