“Zirə”dən bərabərlik, “Sabah” “Sumqayıt”ı darmadağın etdi - YENİLƏNİB
10.03.2023 - 21:59
“Zirə”dən bərabərlik, “Sabah” “Sumqayıt”ı darmadağın etdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXVI tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.

Turun açılış görüşü Gəncədə keçirilib. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” “Zirə”ni qəbul edib. Bakılılar “dördlük”dəki yerini daha da möhkəmlənmək üçün qalib gəlməyə çalışsalar da, heç-heçə ilə kifayətləniblər. Ev sahibləri hesabı açsalar da, "Zirə" görüşün başa çatmasına 7 dəqiqə qalmış hesabı bərabərləşdirib.

Günə Bakıda yekun vurulub. Medallar uğrunda mübarizə aparan “Sabah” turnir cədvəlinin ikinci yarısındakı “Sumqayıt”ı sınağa çəkib. Görüş Murad Miusayevin komandasının darmadağını ilə yekunlaşıb

Qeyd edək ki, turun digər matçları martın 11-12-də keçiriləcək.

Misli Premyer Liqası
XXVI tur
10 mart (cümə)
15:00. “Kəpəz” – “Zirə” - 1:1
Qollar: 
Fərid Nəbiyev, 38 - Hamidu Keyta, 83 (pen.)
Baş hakim: Kamranbəy Rəhimov
“Kəpəz”: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantaria, 21. Martins Junior
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov
“Zirə”: 41. Anar Nəzirov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 96. Donald Gerye, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 5. Moiz Adileu, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman 
Baş məşqçi: Rəşad Sadıqov
Gəncə şəhər stadionu

19:00. “Sabah” – “Sumqayıt” - 4:0
Qollar:
Mikels, 45. Kaşşuk, 75. C.Nuriyev, 86. S.Məmmədov, 90+2
Baş hakim: Tural Qurbanov
“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 23. Kamran Aliev
Baş məşqçi: Samir Abasov
“Bank Respublika Arena”

1

Qarabağ

25

20

5

0

61-15

65

2

Sabah

26

18

5

3

57-18

59

3

Neftçi

25

16

4

5

46-22

52

4

Zirə

26

10

7

9

30-34

37

5

Qəbələ

25

8

8

9

29-31

32

6

Turan Tovuz

25

7

5

13

19-33

26

7

Sumqayıt

26

5

6

15

17-44

21

8

Kəpəz

26

4

9

13

25-47

21

9

Şamaxı

25

4

8

13

23-40

20

10

Səbail

25

4

5

16

19-42

17

Bombardirlər: Musa Qurbanlı, Ramil Şeydayev (hər ikisi "Qarabağ") - 17 qol, Emin Mahmudov ("Neftçi") - 13 qol

writer photo
Əlirza Əlirzalı
0