"Çelsi" fransalı futbolçu ilə prinsipial razılığa gəldi
27.12.2022 - 21:17
"Çelsi" fransalı futbolçu ilə prinsipial razılığa gəldi

"Çelsi" "Monako"nun mərkəz müdafiəçisi Benua Badyaşil üçün danışıqları yekunlaşdırmağa yaxındır.

Apasport.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, 35-40 milyon avro dəyərində qiymətləndirilən sövdələşmənin yaxın vaxtlarda bağlanacağı gözlənilir.

Artıq futbolçunun özü ilə müqavilənin şərtləri ilə bağlı prinsipial razılıq var. 21 yaşlı futbolçu komanda dəyişməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm Benua Badyaşil Liqa 1-də 11 oyuna çıxıb və 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0