Orxan Məmmədov ÇL-də bürünc qazanan “Zirə” ilə görüşdü - FOTO
13.09.2023 - 16:27
Orxan Məmmədov ÇL-də bürünc qazanan “Zirə” ilə görüşdü - FOTO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Avropa Çempionlar Liqasında uğurla çıxış edərək Vətənə bürünc medalla qayıdan “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb. 

Apasport.az saytının məlumatına görə, komandanın nailiyyətini yüksək qiymətləndirən Orxan Məmmədov futbolçuları təbrik edib və növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb. 

Daha sonra baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib. 

Sonda komanda üzvləri ilə xatirə şəkli çəkdirilib.

writer photo
Əlirza Əlirzalı
0