"Yuventus"un qələbə və quru oyun seriyası 8-ə çatdı
07.01.2023 - 23:18
"Yuventus"un qələbə və quru oyun seriyası 8-ə çatdı

"Yuventus" İtaliya A Seriyasında ardıcıl 8-ci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, Turin klubu braziliyalı cinah müdafiəçisi Danilonun 86-cı dəqiqədə vurduğu qolla "Udineze"ni 1:0 məğlub edib.

Komanda 8 oyundur ki, qələbə qazanır. Maraqlıdır ki, bu qələbələrdə "Yuventus" qapısından top da buraxmayıb – 14:0. Komanda sonuncu dəfə oktyabrın 8-də "Milan"a səfərdə 0:2 uduzub. 

Qeyd edək ki, bu nəticədən sonra "Yuventus" "Milan"ı qabaqlayaraq 2-ci pilləyə qalxıb. Milan təmsilçisindən 1 oyun çox keçirən "Yuventus"un 37 xalı var. 

writer photo
Əlirza Əlirzalı
0