İdmançımız Balkan çempionatında gümüş medal qazanıb
19.07.2024 - 20:20
İdmançımız Balkan çempionatında gümüş medal qazanıb

Suya tullanma idman növü üzrə yeniyetmələr arasında III Balkan çempionatı keçirilib.

Apasport.az xəbər verir ki, idmançımız Məhəmməd Hüseynov turnirin medalçıları sırasına düşməyi bacarıb.

Məhəmməd ölkəmizə gümüş medal qazandırıb.

Qeyd edək ki, III Balkan çempionatı Bolqarıstanın Varna şəhərində təşkil olunub.

writer photo
Əlirza Əlirzalı
0