“Fənərbaxça” və “Valmiera”dan 19 qol
02.08.2023 - 01:13
“Fənərbaxça” və “Valmiera”dan 19 qol

Konfrans Liqası II təsnifat mərhələsinin cavab qarşılaşmaları baş tutub.

Apasport.az saytı xəbər verir ki, “Fənərbaxça” cavab matçında da böyükhesablı qələbə qazanıb.

Öz meydanında “Zimbru”nun qapısından 5 cavabsız keçirən “sarı lacivərdlilər” bu dəfə rəqibi dörd dəfə məyus ediblər. Bütün qollar fasilədən sonraya təsadüf edib.

Latviya təmsilçisi “Valmiera” da hər iki oyunda inamlı qələbə qazanıb. San-Marinoda 3:0 hesablı uğur əldə edən latışlar bu dəfə rəqibin qapısından yeddi top keçiriblər.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust


“Valmiera” (Latviya) – “Tre Penne” (San-Marino) – 7:0
İlk oyun – 3:0
“Partizani” (Albaniya) – “Atletik” (Andorra) – 4:1
İlk oyun – 1:0
“Zimbru” (Moldova) – “Fənərbaxça” (Türkiyə) – 0:4
İlk oyun – 0:5
“Hesperange” (Lüksemburq) – TNS (Uels) – 3:2
İlk oyun – 1:1
“Balzan” (Malta) – “Neman” (Belarus) – 0:0
İlk oyun – 0:2
“Buduçnost” (Monteneqro) – “Struqa” (Şimali Makedoniya) – 4:3
İlk oyun – 0:1
 

writer photo
Əlirza Əlirzalı
0